Logo

IX və XI sinfi bitirənlərin sayı AÇIQLANDI

13.06.2024 18:43 265 baxış
IMG

Bu il 102 120 nəfər XI sinfi bitirir.

Bu barədə "Tehsil.biz"ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) xəbər verilib.

Bildirilib ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.

Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirir.

Bu tədris ilində ölkə üzrə 137 862 şagird birinci sinfi bitirir.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.

Xəbər lenti