Logo

Əməkdar artist Sahib Paşazadə Özbəkistanda fəxri professor adına layiq görüldü - FOTO

13.06.2024 21:38 163 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Sahib Paşazadə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib, 1998-ci ildə Respublika muğam müsabiqəsinin laureatı olub, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və muğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

Xəbər lenti