Logo

Milli Kitabxanada “Rəfiq Zəka Xəndan” adlı kitab sərgisi açılıb

13.06.2024 22:00 90 baxış
IMG

Tanınmış şair, yazıçı Azərbaycan poeziyasında və elmində öz dəst-xəti ilə seçilən Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndanın anadan olmasının 85-ci ildönümü ilə əlaqədar Milli Kitabxanada yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığını əks etdirən sərgisi açılıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, “Rəfiq Zəka Xəndan” adlı geniş kitab sərgidə şairin əsərləri, tərtibçisi və redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, yaradıcılığı haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti