Logo

AMEA-nın Heydər Əliyev haqda kitabları Qazaxıstandakı “Azərbaycan Mərkəzi”nə təqdim edilib - FOTO

13.06.2024 23:03 194 baxış
IMG

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğunun, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB), “Azərbaycan Mərkəzi” İctimai Fondunun və “Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Aktauda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfransı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutları tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı çap edilmiş kitablar AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk tərəfindən təqdim edilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, kitablar Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Universitetdə yerləşən “Azərbaycan Mərkəzi”nə, Mangistau vilayətinin Qazaxıstan xalq Assambleyasının “Dostluq Evi”nə təqdim edilib. Kitabları “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru, universitetin beynəlxalq münasibətlər kafedrasının baş müəllimi İlkin Orucov qəbul edib.

Xəbər lenti