Logo

Hərbçi övladları olan məktəbdə “Son zəng” çalınıb, nazir tədbirdə iştirak edib

14.06.2024 10:33 167 baxış
IMG

Bakı şəhəri şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə “Son zəng” keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Məktəbin direktoru Səidə Rəhimova bildirib ki bu il 216 nömrəli məktəbdən 43 nəfər məzun olub.

Direktor məzunlar arasında məktəbin adını daşıdığı şəhidin qızı Gülanə Qasımlının da olduğunu deyib.

Məktəbin müəllim və şagird kontingentinin 70 faizinin hərbçi ailəsi olduğunu bildirən direktor eyd edib ki, cari ildə məktəb VII qrant müsabiqəsinin qalibi olub, həmçinin təhsil müəssisəsində STEAM layihəsi tətbiq olunmağa başlayıb:

“Eyni zamanda, məktəbdə icma əsaslı bağça fəaliyyət göstərir. Məktəb 620 yerlik olmasına baxmayaraq 1309 şagird təhsil alır. Məktəbin göstəriciləri son 3 ildə artan dinamika ilə davam edib”.

Xəbər lenti