Logo

Türkiyəli media təmsilçiləri Azərbaycan Mətbuat Şurasında - FOTO

14.06.2024 12:10 151 baxış
IMG

Türkiyədəki Alanya Aktif Gazeteciler Cemiyeti sədri Ferit Kesenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.

Bu barədə "Tehsil.biz"ə Mətbuat Şurasından bildirilib.

Şuranın İdarə Heyətinin üvlərinin iştirakı ilə keçirilmiş görüşdə qonaqları salamlayan MŞ sədri Rəşad Məcid deyib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə olduğu kimi mətbuat sahəsində də münasibətlər yüksək səviyyədədir.

Alanya Alanya Aktif Gazeteciler Cemiyetinin sədri F.Kesen rəhbəri olduğu cəmiyyət haqda ətraflı məlumat verib.

MŞ İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli bu cür görüşlərin çox əhəmiyyətli olmasından söz açıb, davamlılığının vacibliyini vurğulayıb. 

Qeyd edək ki, türkiyəli nümayəndə heyətinin tərkibinə Alaniyanın "Gündem Alanya” qəzetinin yazı işləri müdiri ve Alanya Aktif Gazeteciler Cəmiyyətinin baş katibi Zeliha Oner, "Alanya Mahmutlar Post” qəzetinin sahibi ve Alanya Aktif Gazeteciler Cemiyetinin sədr müavini Mesut İlhan, "Yeni Alanya” qəzetinin redaktoru, Alanya Aktif Gazeteciler Cəmiyyərinin İdarə Heyətinin üzvü Meryem Kanberoğlu daxildir.

Xəbər lenti