"Türkiyə-Azərbaycan Universitetinin binası Bakı şəhərinin mərkəzindəki binalardan biri olacaq".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, prosedurlar rəsmiləşdikdən sonra ictimaiyyətə elan ediləcək.
"Türkiyə-Azərbaycan Universitetinin rektoru azərbaycanlı olacaq", - nazir qeyd edib.