"Bu il Qarabağ Universitetinin ilk tədris ilidir, yəqin ki, hansısa çatışmazlıqlar olacaq. Amma biz Qarabağ Universitetini bir yerdə quracağıq".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər nəzərdə tutulur:
"Çalışırıq ki, savadlı, istedadlı, bacarıqlı tələbələrimiz Qarabağ Universitetinə cəlb edilsin".
"Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı veriləcək və yaşayış yeri ilə təmin edək. Orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb ediləcək", - elm və təhsil naziri qeyd edib.