"Naxçıvan məktəbliləri bu il buraxılış imtahanlarında 5 ilin ən yüksək nəticəsini göstəriblər".
Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazirin sözlərinə görə, ölkə üzrə 102 min məzunun içərisində 3500-dən artıq şagird muxtar respublikanın ümumtəhsil müəssisələrini və liseyləri bitirib:
“Bu il tədris nailiyyətləri baxımından uğurlu il olub. Belə ki, həm ölkə səviyyəli, həm də beynəlxalq yarışlarda şagirdlərimiz uğur qazanıb. Buraxılış imtahanlarında şagirdlərimiz 5 ilin ən yüksək nəticəsini göstəriblər. 9-cu siniflərdə 5, 11-ci siniflərdə 4 şagirdimiz maksimum (300) bal toplayıb. Bu, Naxçıvanın məktəblərində indiyə qədər qiymətləndirilən ən yüksək nəticədir”.