Logo

Bu müəllimlər yaşayış yeri ilə təmin ediləcəklər - ŞAD XƏBƏR

14.06.2024 12:54 426 baxış
IMG

"Qarabağ Universitetində işləyən müəllimlər müvafiq qaydalara əsasən yaşayış yeri ilə təmin ediləcəklər" 

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Qarabağ Universitetində müəllimlərin əməkhaqqı orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq:

“Qarabağ Universitetinə təcrübəli müəllimlər cəlb olunacaq. Eyni zamanda, universitetdə yüksək bal toplayan tələbələr üçün əlavə təqaüdlər nəzərdə tutulur”.

Xəbər lenti