Logo

ATMU-da imtahan sessiyası davam edir

14.06.2024 13:07 114 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası davam edir.

ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, rektor İlham Mədətov şəffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün İmtahan Qərargahına daxil olan hər bir şikayətin dərhal araşdırılacağına, imtahanların təşkilində və gedişində baş verən nöqsanların operativ aradan qaldırılacağına əminliyini bildirib. Rektor ATMU-da imtahan qiymətləndirilməsindən narazı qalan tələbələrdən ötrü Apellyasiya komissiyasının yaradıldığını və “Qaynar xətt”in gün ərzində açıq olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, ATMU-nun bakalavriat və magistratura (əyani) səviyyələrində mayın 31-dən başlanmış yay imtahan sessiyası 5 həftə davam edəcək. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə iyunun 10-dan 14-dək keçirilir. ATMU-da üç fakültə üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan ümumilikdə 1413 tələbə yay imtahan sessiyasına qatılıb. İmtahanlar yazılı, şifahi, təqdimat, test və elektron yazılı formatda təşkil olunub. Buraxılış qrupları üçün Yekun Dövlət Attestasiyası iyunun 25-də keçiriləcək.

İmtahan sessiyası Azərbaycan Respublikası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2024-cü il 24 may tarixli əmrinin tələblərinə uyğun olaraq universitetin Təhsildə qiymətləndirmə şöbəsi tərəfindən, eləcə də dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ATMU-da yaradılan İmtahan Qərargahının sədri rektor İlham Mədətov, müavinləri prorektorlar Zaur Bağırov və İranə Əliyevadır. İmtahan Qərargahının sədri və üzləri, habelə valideynlər imtahan sessiyasının gedişatına nəzarət edirlər.

Xəbər lenti