Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedaqoji internaturanın yekun hesabatlarının qiymətləndirilməsi prosesinə start verilib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, ilk qiymətləndirmə iclaslarında universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Tədris departamentinin müdiri dosent Sənan Əliyev, Pedaqoji təcrübə rəhbəri Qəmərxanım Qəribova, eləcə də müvafiq olaraq pedaqoji internaturada iştirak edən pedaqoq və psixoloqlar iştirak ediblər.
Qiymətləndirmələrdə tələbələr internatura müddətində orta məktəblərdə göstərdikləri fəaliyyətlər haqqında hesabatlarını təqdim edib, sualları cavablandırıblar.
İyulun 2-dək davam edəcək prosesdə ümumilikdə 19 ixtisas üzrə 2000 nəfərdən çox tələbə iştirak edəcək.