Logo

“Yüksəliş” müsabiqəsinin yarımfinalçılarının sayı açıqlanıb

14.06.2024 15:08 120 baxış
IMG

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinalçılarının sayı açıqlanıb.

Müsabiqənin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, 328 iştirakçı əyani mərhələni uğurla tamamlayaraq yarımfinalda iştirak hüququ qazanıb. İmtahanda iştirak edən hər kəs şəxsi kabinetə daxil olaraq əyani mərhələnin nəticələri ilə tanış ola bilər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti