Logo

Braziliyanın ölkəmizdəki səfiri BANM-də olub - FOTO

14.06.2024 16:33 134 baxış
IMG

Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, rektor Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə artıq bir neçə ildir ki, ölkə birincisidir. Həmçinin BANM ən yüksək keçid balı göstəricilərinə görə liderdir. Rektor ali məktəbin tələbələrinin transmilli neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçdiyini vurğulayıb. Bildirib ki, bu da onların ingilisdilli peşəkar kadrlar kimi yetişməsində xüsusi rol oynayır.

Elmar Qasımov BANM-in Braziliyadakı ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Səfir BANM ilə ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkişafından bəhs edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub.

Braziliyalı diplomat Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirib.

Sonda səfirə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

Xəbər lenti