Logo

BMU-nun magistraturasına 20 ixtisas və 28 ixtisaslaşma üzrə qəbul aparılır

14.06.2024 17:16 116 baxış
IMG

İyunun 21-30-da Bakı Mühəndislik Universitetinin magistraturasına qəbul olmaq üçün ixtisas seçimi aparılacaq.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib. Qə

Qeyd olunub ki, 2024/2025-ci tədris ili üçün BMU-da magistraturaya 20 ixtisas və 28 ixtisaslaşma üzrə 215 plan yeri ayrılıb. Onlardan 173-ü Azərbaycan, 42-si isə ingilis bölməsinin payına düşür.

BMU-nun MBA proqramında isə 13 ixtisaslaşma üzrə 270 yer nəzərdə tutulub. Proqram üzrə 240 yer Azərbaycan, 30 yer isə ingilis bölməsi üçün ayrılıb. Magistratura səviyyəsi üzrə ixtisasların tam siyahısı ilə https://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159/ linki vasitəsilə tanış olmaq mümkündür.

Elektron universitet idarəetmə sisteminə malik olan BMU-da magistraturada təhsil alan şəxslərin yüksəkixtisaslı mütəxəssis kimi yetişmələri üçün geniş imkanlar (ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, müasir auditoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlar), perspektivlər və yüksək səviyyəli elmi-pedaqoji kadrlar vardır. Universitetdə magistraturada təhsil alan tələbələrin yataqxana ilə təmin olunması üçün də şərait yaradılır.

Xəbər lenti