İyunun 1-dən 14-dək Elm və Təhsil Nazirliyinə, eləcə də qurumlarına 30 671 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin 19 min 925-i çağrı mərkəzləri, 621-i sosial media, 3 min 193-ü vatsap vasitəsilə, 1676-sı elektron, 797-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4 min 459 müraciət qeydə alınıb.
Müraciətlərin əsas mövzuları müəllimlərin sertifikatlaşdırması imtahanı, müəllimlərin işə qəbulu, müəllimlərin qarşılıqlı yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisəsinə qəbul, təhsil haqqı və güzəştlər olub.