Logo

Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

14.06.2024 18:40 166 baxış
IMG

İyunun 14-də Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, tədbiri açan İdarə Heyətinin üzvü Sənan Tapdıqov Milli Qurtuluş Gününün tarixinə nəzər salıb. O, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yaranmış anarxiyadan, hakimiyyətdəki boşluqdan, separatçılığa meyillərdən danışaraq dövlətçiliyimizin təhlükə altında olduğunu bildirib. Qeyd edib ki, belə ağır dövrdə, 1993-cü iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı ölkəmizdə yeni inkişaf dövrünün əsasını qoyub.

S.Tapdıqov müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin dövlət idarəçiliyindəki uzunmüddətli təcrübəsinə əsaslanaraq qısa zamanda ölkəmizdə siyasi sabitlik yaradıldığını, neft müqavilələrinin imzalandığını, xarici siyasətdə uğurların əldə edildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd edərək bu uğurların əsasında məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə dönüşünün - Milli Qurtuluş Gününün durduğunu bildirib.

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli və İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu çıxış edərək Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda böhran vəziyyətinin dayandırıldığını, sabitliyin yaradıldığını və bütün sahələrdə inkişafın başlandığını qeyd ediblər və bu günlə əlaqədar öz təəssüratlarını bölüşüblər.

Xəbər lenti