Logo

Məktəblilərarası fənn müsabiqələrinin final turunun yekun nəticələri elan edilib

14.06.2024 19:58 160 baxış
IMG

Məktəblilərarası fənn müsabiqələrinin final turunun yekun nəticələri elan edilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, şagirdlər yekun nəticələri və statusları ilə bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanış ola bilərlər.

Məktəblilərarası fənn müsabiqələrində hər fənn üzrə ən yüksək nəticə göstərən 42 və 42-ə bərabər şagird qalib hesab edilir.

Qeyd edək ki, fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər iyunun 28-dək Təhsil İnstitutuna ərizə ilə müraciət etməlidirlər.

Xəbər lenti