Logo

ADNSU beş kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında yer alıb

14.06.2024 20:14 127 baxış
IMG

Dünyanın ən nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) “THE Impact 2024” reytinqi üzrə nəticələri elan edib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında 601+ qrupunda yer tutub, digər iki istiqamət üzrə isə 801+ qrupunda qərarlaşıb.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

ADNSU, eyni zamanda, ilk dəfə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri üzrə 1501+ sıralamasında dünyanın reytinqli universitetləri arasında yer alıb.

ADNSU “İqlim dəyişikliyinə qarşı mübarizə” və “Keyfiyyətli təhsil” üzrə də eyni uğurlu nəticəni əldə edib və dünyanın ən reytinqli universitetləri arasında 601-800 qrupunda yer tutub.

“Gender bərabərliyi” və “Sərfəli və təmiz enerji” üzrə ADNSU dünyanın ən reytinqli universitetləri arasında 801-1000 qrupunda dəyərləndirilib. Qeyd olunan uğurlardan əlavə, ADNSU 17-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə 1501+ sıralamasında qərarlaşıb.

Xəbər lenti