Logo

Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçiriləcək

14.06.2024 20:59 106 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunacaq.

Bu barədə "Tehsil.biz"ə Filarmoniyadan məlumat verilib.

Tədbirlər planına əsasən, iyunun 15-də filarmoniyanın kollektivlərinin konserti, iyunun 16-da “Üzbəüz” layihəsi çərçivəsində Gəncə şəhər ziyalıları ilə görüş və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kamera musiqisi keçiriləcək.

Həmçinin iyunun 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin “İntizar” operasını təqdim edəcək. Opera tamaşasının libretto müəllifi filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Xəbər lenti