Logo

Radiasiya Problemləri İnstitutunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

14.06.2024 21:47 112 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev giriş sözü ilə çıxış edərək bu günün xalqımızın tarixindəki rolundan danışıb, Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində və inkişafındakı roluna toxunub.

Daha sonra institutun icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Heydər Əliyev şəxsiyyətindən, onun dövlətimizin müstəqilliyi yolunda həyata keçirdiyi uğurlu siyasətdən danışıb və 15 iyunun xalqın gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsasını qoyan bir gün olduğunu bildirib.

Xəbər lenti