Logo

Şamaxı Astrofizika Rəsədxanasında Həmkarlar İttifaqı Təşkilatının Ümumi yığıncağı keçirilib

14.06.2024 22:07 122 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Həmkarlar İttifaqı Təşkilatının (HİT) Ümumi yığıncağı keçirilib.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan bildirilib.

İclası ŞAR HİT-in sədri Aynurə Həsənova açaraq tədbir iştirakçılarını salamlayıb və gündəlikdəki məsələləri onların diqqətinə çatdırıb.

Gündəliyə uyğun olaraq ŞAR Həmkarlar İttifaqı Təşkilatının sədr müavini Orxan Salehli “Kollektiv müqavilə”ni oxuyaraq əməkdaşları mətnlə tanış edib. Çıxışın ardınca mövzu ətrafında disskusiya aparılıb və suallar cavablandırılıb. Müzakirələrdən sonra “Kollektiv müqavilə” yekdilliklə qəbul edilib və əmək kollektivinin qarşısında imzalanaraq təsdiq olunub.

Sonra iclasın şədri Aynurə Həsənova ŞAR-ın 3 nəfər əməkdaşının – baş elmi işçi AMEA-nın müxbir üzvü Əyyub Quliyev, aparıcı elmi işçi f-r.ü.f.d., dosent Bayram Rüstəmov və elmi işçi f.ü.f.d., dosent Fazil İsmayılovun 70 illik yubileyinin olduğunu qeyd edərək, yubliyarları təbrik etmək və yubiley plaketlərini təqdim etmək üçün sözü ŞAR-ın baş direktoru AMEA-nın müxbir üzrü Namiq Cəlilova verib. Namiq Cəlilov da öz növbəsində, əvvəlcə yubliyarların həyat-yaradıcılığı və elmi fəaliyyətləri barədə danışaraq, onların astronomiya elminə və ŞAR-a verdikləri töhfələrindən bəhs edib. Sonra isə yubliyarları əmək kollektivi adından təbrik edərək, hədiyyələrini təqdim edib.

Sonda Namiq Cəlilov əməkdaşları mənəvi birlik və həmrəylik rəmzi olan Qurban Bayramı münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti