Koreya Respublikasının INHA Universitetində Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar keçirilmiş “Azərbaycan Günü” adlı tədbir yerli mətbuatda işıqlandırılıb.
Tehsil.biz xəbər verir ki, Koreyanın nüfuzlu "Koreya Post" saytında yayımlanmış məqalədə Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Koreyadakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində baş tutan tədbirdə Azərbaycanın mədəniyyətinin, milli mətbəxinin, tarixinin geniş təbliğ olunduğu qeyd edilib.
Koreya ictimaiyyəti tərəfindən maraqla qarşılanan tədbir haqqında yazını aşağıdakı linkdən oxumaq mümkündür: