Logo

Fizika İnstitutunda Elmi şuranın iclası keçirilib - FOTO

15.06.2024 09:49 168 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Elmi şuranın iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, iclas Milli Qurtuluş Gününə həsr olunub. İnstitutun direktoru akademik Arif Həşimov iyunun 15-nin Azərbaycan üçün böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik gün olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin müstəqillik uğrunda əzmkarlıqla apardığı mübarizədən, Naxçıvanın blokadadan çıxarılması və Azərbaycan Xalq Cümhuriyyəti bayrağının Naxçıvanda yenidən dalğalanması üçün atdığı addımlardan danışıb. O, xalqın təkidli tələbi ilə Bakıya gələn Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu və memarı olduğunu bildirib.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova Heydər Əliyevin Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz vətəninin, xalqının gələcəyi üçün çalışdığını söyləyib. O, xalqın Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özünün həll etmək istəyindən danışıb. Adilə Abbasova qeyd edib ki, Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Professor bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, dünyada Azərbaycanın nüfuzunun daha da artığını vurğulayıb. Professor Adilə Abbasova Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Xəbər lenti