Logo

ATU-da "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib - FOTO

15.06.2024 11:39 240 baxış
IMG

Azərbaycan Tibb Universitetində(ATU) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Universitetin xarici tələbələrlə iş üzrə dekanı Natiq Bayramov, miqrasiya qanunvericiliyində baş verən son yeniliklər barədə əcnəbi tələbələrin mütəmadi maarifləndirilməsinin əhəmiyyəti barədə məlumat verib və tədbir iştirakçılarını Milli Qurtuluş və Qurban bayramları münasibətilə təbrik edib.

Layihə rəhbəri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev ölkəmizdəki iqtisadi yükşəlişin, həmçinin təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq əcnəbi tələbələrin Azərbaycan universitetlərinə marağının ildən-ilə artdığını qeyd edib.

Əcnəbi tələbələr arasında keçirilən maarifləndirmə tədbirlərinin vacibliyindən danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları və bu kateqoriyadan olan əcnəbilərin yol verdikləri hüquqpozmalar barədə danışıb.

Daha sonra, DMX Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev, əcnəbi tələbələrlə bağlı elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatla çıxış edib.

Əcnəbi tələbələri maraqlandıran sualları Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin baş inspektoru Nihad Kazımov cavablandırıb, miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair izahatlar verib.

Xəbər lenti