Logo

Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzununun fərdi sərgisi italyan mediasında - FOTO

15.06.2024 12:00 383 baxış
IMG

Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədovun fərdi sərgisi İtaliyanın tanınmış qəzetlərindən “Avanti”də dərc olunub.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Elay Məmmədovla müsahibə əsasında hazırlanmış məqalədə rəssam bildirib ki, Azərbaycandan uzaqda olsa da, vətənindəki sənətsevərlər onun işlərini yaxından izləyir və sərgilərində müntəzəm iştirak edirlər.

Soydaşımız ölkəmizdən gələn qonaqların və sənətsevərlərin İtaliya ilə Azərbaycan arasındakı mədəni əlaqələrdən böyük məmnunluq duyduqlarını söyləyib. Məqalədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin Milanda keçirilmiş sərgidə iştirakı da qeyd edilib.

İtaliyada yaşayan rəssam soydaşımız Elay Məmmədov ölkədəki müxtəlif rəsm qalereyalarında, fərdi və qrup sərgilərində öz əsərlərini təqdim edir. Ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edən soydaşımıza Komitə bu istiqamətdə daim öz dəstəyini göstərir.

Xəbər lenti