Logo

Gəncə Filarmoniyası konsert proqramı nümayiş etdirib - FOTO

15.06.2024 12:58 144 baxış
IMG

15 iyun - Milli Qurtuluş Günü Gəncə Şəhər İcra Hakimiyyəti və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə layihəsi təqdim olunub.

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, yay zalında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram konsertində Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Rəqs Ansamblının, o cümlədən Əməkdar artist Kəmalə Tağıyeva, filarmoniyanın solistləri Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədovun çıxışları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Gəncə Filarmoniyası konsert proqramı nümayiş etdirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Gəncə Filarmoniyası konsert proqramı nümayiş etdirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Gəncə Filarmoniyası konsert proqramı nümayiş etdirib

Xəbər lenti