Logo

Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Rusiyada keçirilən konfransda çıxış edib

15.06.2024 15:07 159 baxış
IMG

Rusiya Federasiyasının Ufa şəhərində “Rusiyanın bölgələrinin sosial-iqtisadi inkişafının idarə olunmasında innovativ texnologiyalar” adlı XVI beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Взаимоотношения России и Азербайджана” mövzusunda çıxış edib.

Məruzədə Rusiya prezidenti Vladimir Putinin Bakıda Ulu Öndər Heydər Əliyevlə keçirdiyi görüşlərdə və nümayəndə heyətləri arasında aparılan danışıqlarda qarşılıqlı əməkdaşlığın bütün sahələri, habelə regional təhlükəsizlik, strateji sabitlik və qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlərin geniş müzakirə olunduğu bildirilib.

Həmçinin məruzədə Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri haqqında “Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir”, - sözləri diqqətə çatdırılıb.

Günel Məlikli çıxışına görə sertifikatla təltif olunub.

Xəbər lenti