Logo

Yaponiya Milli Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə olunub

15.06.2024 17:00 141 baxış
IMG

Yaponiyaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Murdov Parlament Kitabxanasında olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, kitabxana rəhbərliyi qonağa müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, 1948-ci ildə yaradılan Yaponiya Milli Kitabxanası dünyanın ən böyük kitabxanalarından biridir. Hazırda kitabxananın fondunda olan kitabların sayı 42 milyona yaxındır.

Komitənin fəaliyyətindən söz açan sədr xaricdə yaşayan azərbaycanlıların milli kimliyini və ana dilini unutmaması üçün görülən işlərdən, Azərbaycan mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən layihələrdən danışıb. Daha sonra komitənin dəstəyi ilə buraxılmış kitab və disklər kitabxanaya hədiyyə olunub.

Komitə sədri səfər çərçivəsində Yaponiyada yaşayan azərbaycanlı, Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı Fuad Bağırovun evində qonaq olub. Yaponiyalı xanımla evli olan soydaşımızın yaşayış şəraiti və fəaliyyəti ilə maraqlanan sədr ona və ailə üzvlərinə hədiyyələr təqdim edib.

Xəbər lenti