Logo

LDU əməkdaşı Türkiyədə olub - FOTO

15.06.2024 19:49 175 baxış
IMG

Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşı Türkiyədə olubLənkəran Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva LDU-nun əməkdaşlıq etdiyi,Türkiyənin Afyon Kocatəpə Universitetində Erasmus+ Mübadiləsi üzrə keçirilən 10-cu Beynəlxalq Həftə Təlimi üçün Kadrlar Mübadiləsində iştirak edib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, 10-14 iyun 2024-cü il tarixlərində keçirilən təlimlərdə Ülviyyə Mirzəyeva Lənkəran Dövlət Universiteti haqqında təqdimatla çıxış edib.

Təqdimatda LDU-nun davamlı inkişaf strategiyası, təhsil, tədqiqat, bilik mübadilə proqramları, birgə nəşrlər üzrə təlim və seminarlar, infrostruktur, vahid etik təşkilat mədəniyyəti, illik əsasda maliyyə hesabatları, müxtəliflik və inklüzivlik siyasəti, əlilliyi olan tələbələrə dəstək xidmətləri və s. bəhs edilib.

LDU-nun Baytarlıq təbabəti ixtisasının 4-cü kursunda təhsil alan və Erasmus+mübadilə proqramında Afyon Kocatape Universitetində təhsilinə davam edən tələbələr Ülviyyə Mirzəyevanın təqdimatı prosesində ona dəstək olublar.

Təlimarası fasilələrdə iştirakçıların Frigiya Vadisinə, Aydın-Kuşadasına və Şirincə Qastronomiya kəndinə səyahəti təşkil edilib.

Xəbər lenti