Logo

Yer nüvəsinın fırlanma sürəti azalır

15.06.2024 23:00 243 baxış
IMG

Yerin daxili nüvəsinın fırlanması tədricən ləngiyir və Yer səthindən daha yavaş hərəkət edir.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə ABŞ və Çin alimləri gəliblər.

"Yerin daxili nüvəsinin hərəkəti iyirmi ildir ki, elmi ictimaiyyət tərəfindən müzakirə edilir, bəzi tədqiqatlar hətta daxili nüvənin Yer səthindən daha sürətli fırlandığını göstərir. Bununla belə, Cənubi Kaliforniya Universitetinin yeni məlumatları təkzibedilməz şəkildə göstərir ki, 2010-cu ildən daxili nüvənin fırlanma sürəti yavaşlayıb və Yer səthindən geri qalmağa başlayıb", - deyə "Nature" jurnalında yer alan məqalədə bildirilir.

Qeyd edək ki, Yerin daxili nüvəsi, elmi məlumatlara görə, eyni ərintidən olan maye mantiya ilə əhatə olunmuş, təxminən Ay ölçüsündə dəmir-nikel ərintisi olan bərk metal kürədir. Nüvə təxminən üç min mil dərinlikdə yerləşir və bu barədə çox az obyektiv məlumat var. Nüvə haqqında bəzi yeni məlumatlar əldə etmək üçün alimlər bəzən zəlzələlər zamanı qeydə alınmış seysmik dalğalardan istifadə edirlər.

Xəbər lenti