Logo

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

16.06.2024 15:35 158 baxış
IMG

Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunan səyyar plenum öz işinə başlayıb.

Tehsil.biz xəbər verir ki, əvvəlcə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla nümayəndə heyəti və Gəncə ziyalıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət ediblər.

Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında səyyar plenumun açılışı olub.

Çıxış edən Firəngiz Əlizadə və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov 90 illik Bəstəkarlar İttifaqının və İttifaqın Gəncə bölməsinin fəaliyyətindən danışaraq tamaşaçıları səyyar plenumun işi ilə tanış ediblər.

Açılış mərasimində Gəncə Dövlət Filarmoniyası kollektivlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, Plenum öz işini iyunun 17-dək davam etdirəcək.

Xəbər lenti