Logo

ADAU-nun bir qrup əməkdaşına bayram sovqatı paylanıb

16.06.2024 19:05 256 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyinin təşəbbüsü Universitetin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə ali təhsil müəssisəsində çalışan təsərrüfat işçilərinə qurban əti paylanıb.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Həmçinin, Vətən müharibəsi şəhidi, universitetin himayəyə götürdüyü Cavadov Canlar Asif oğlunun ailəsi bayram münasibətilə ziyarət olunub, bayram sovqatı verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti