Bakı Slavyan Universitetində (BSU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə BSU-nun rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Xəzər TV-nin prezidenti Murad Dadaşov, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu iştirak ediblər.
Tədbirin sonunda BSU-nun "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Fəaliyyət Planına əsasən Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və COP29-un təşkili ərəfəsində tədbirlərin işıqlandırılmasının təhlilinə dair BSU və digər ali təhsil müəssisələrinin Jurnalistika ixtisasında təhsil alan tələbələri arasında keçirilmiş "Ən yaxşı jurnalist təhlili" müsabiqəsinin qalibləri mükafatlandırılıb.