Logo

Amerikalı tələbələr Azərbaycan dili və mədəniyyətini öyrənirlər

16.06.2024 20:59 349 baxış
IMG

Azərbaycan Dillər Universitetində Amerika Şurası və ABŞ Dövlət Departamentinin birgə layihəsi olan “Critical Language Scholarship” ingilis dili proqramı öz işinə başlayıb.

Tehsil.biz xəbər verir ki, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova tələbələri salamlayıb, CLS proqramı haqqında məlumat verib.

Qeyd olunub ki, proqramda iştirak edən tələbələrə Azərbaycan dili və mədəniyyəti peşəkar müəllimlər tərəfindən öyrədiləcək.

ADU-nun Tədris işləri üzrə prorektoru Kifayət Hacıyeva tələbələrə uğurlar arzu edib, onlara Azərbaycan dilinin incəlikləri və zənginliyi haqqında məlumat verib.

Qeyd edək ki, proqram çərçivəsində Amerikalı tələbələr Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə daha yaxından tanış olacaq, Bakının və regionların müxtəlif tarixi abidələrini ziyarət edəcəklər.

Xəbər lenti