Logo

ADU-nun müəllim və tələbələri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər

16.06.2024 22:28 171 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin müəllim və tələbələri şəhid məzun Elvin Bayramovun ailəsini Qurban bayramı ərəfəsində  ziyarət ediblər. 

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Ziyarət zamanı Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Xarici dillər kafedrası tərəfindən hazırlanmış bayram sovqatı ailəyə çatdırılıb.  

Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin COP 29-la bağlı   tədbirlər planına əsasən, Regionşünaslıq kafedrasının müdiri prof.S.Əliyeva və kafedranın müəllimi A.Soltanzadə, 382-ci qrup tələbəsi Fərid Hacızadə və  Mehdi Əmirov, 367-ci qrup tələbəsi Hacbayram Bəkirzadə Elvin Bayramovun ailəsinin yaşadığı evin ətrafında  təmizlik işləri aparıblar.

Tələbələr Elvin Bayramovun otaq muzeyində onun əl işləri və haqqında yazılan xatirələrlə tanış olublar.

Xəbər lenti