Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Rusiyaşünaslıq Mərkəzinin müdiri Hüseynzadə Diana Nikolaevna Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin dəvəti ilə Rusiya Günü münasibətilə dövlət tədbirində iştirak edib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri M.N.Evdokimov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış ediblər.
Tədbir bayram konserti ilə davam edib.