Logo

Türkiyənin 2 universitetindən MDU-ya yeni kitablar hədiyyə olunub - FOTO

16.06.2024 23:22 157 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) sıx tərəfdaşlıq etdiyi qardaş ölkə Türkiyə Cumhuriyyətinin Ankara Hacı Bayram Veli Universitetindən (AHBVÜ) və Qazi Universitetindən MDU-nun kitab fonduna yüksək elmi və tarixi dəyəri olan 31 adda kitab hədiyyə olunub. 

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, kitablar əsasən iqtisadiyyat, maliyyə, marketinq, turizm, biznesin idarəediməsi, tarix və digər mövzuları əhatə edir. MDU-nun tədris prosesinə böyük töhfə verəcək həmin kitablar tələbələrin istifadəsi üçün universitetin kitabxanasına verilib.

Qeyd edək ki, Türkiyənin qabaqcıl ali təhsil müəssislərindən olan AHBVÜ və Qazi Universiteti MDU-da tədris olunan ixtisasların təkmilləşdirilməsinə və müxtəlif sahələrdə tədqiqat fəaliyyətinin gücləndirilməsinə davamlı dəstək göstərir.

Xəbər lenti