İşğal altında olan torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 52 min manat köçürülüb.
Tehsil.biz xəbər verir ki, ali məktəbin əməkdaşları ordumuza maddi və mənəvi dəstək olmaq üçün könüllü olaraq əməkhaqlarının müəyyən qisminin Silahlı Qüvvələrin Yardım Fonduna köçürülməsi ilə bağlı ərizələrlə müraciət ediblər.