Logo

ADNSU-da yaz semestrinin imtahan sessiyası davam edir

17.06.2024 10:43 208 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Yazılı, yazılı-şifahi şəkildə keçirilən imtahanlarda bu günədək ümumilikdə 22910 tələbə-imtahan keçirilib. Onlardan 8409 tələbə- imtahan nəticələri əla, çox yaxşı və yaxşı qiymətlər olub. 

Qeyd edək ki, cari il ADNSU-da yaz semestrinin imtahan sessiyası qiyabi şöbədə mayın ikinci yarısından, əyani şöbədə isə mayın 31-dən başlayıb və iyulun 5-də bitəcək.

Xəbər lenti