Logo

"Gürcüstanda Qurban və Ramazana rəsmi status verilməlidir"

17.06.2024 20:35 175 baxış
IMG

"Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir və bayram günləri qeyri-iş günü elan olunmalıdır".

Tehsil.biz xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin müstəqil deputatı Tariel Nikaidze söyləyib.

Ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edən deputat deyib ki, milli və dini azlıqların dini bayramlarına rəsmi status verilməsi və həmin günlərin qeyri-iş günü elan olunması üçün qanunvericilik təşəbbüsü qaydasında Gürcüstan parlamentinə müraciət edilib: “Hesab edirəm ki, Qurban və Ramazan bayramlarının Gürcüstanda rəsmi dini bayram günləri olaraq qeyd olunması ölkəmizdə yaşayan müsəlman vətəndaşların haqqıdır”.

Onun sözlərinə görə, Gürcüstanda müsəlmanların heç bir bayramının rəsmi status daşımaması diskriminasiya hesab olunur. Bunun aradan qaldırılması üçün, üç ay bundan öncə dini azlıqların dini bayram günlərinin qeyri-iş günü olması ilə bağlı qanunvericilik təşəbbüsü hazırlanıb və parlamentə təqdim olunub.

“Müsəlmanları bu ölkədə kimsə ikinci dərəcəli görməməlidir. Biz bu ölkənin müsəlman vətəndaşlarıyıq və ümid edirik ki, təklifimiz müsbət qiymətləndiriləcək”, - deyə T.Nikaidze vurğulayıb.

Xəbər lenti