Logo

Massaçusets Texnologiya İnstitutunu bitirən ilk azərbaycanlı qadın oldu - FOTO

17.06.2024 21:52 579 baxış
IMG

UFAZ-ın Kimya Mühəndisliyi üzrə bakalavr proqramının məzunu Ləman Cəlilova Massaçusets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə qəbul və məzun olan ilk azərbaycanlı qadın olub.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Bildirilib ki, Ləman Cəlilova bakalavr səviyyəsində təhsili zamanı müxtəlif hakatonlarda və startaplarda uğurlar qazanıb. O, həmçinin Dayanıqlı İnkişaf Məqsədi 7 çərçivəsində Azərbaycanı Təmiz və Əlçatan Enerji üzrə səfir kimi Dubayda keçirilən COP28-də və Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında baş tutan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sammitində təmsil edib. 2022-ci ildən etibarən isə "Goal+" startapına rəhbərlik edir.

Qeyd edək ki, MİT 2024-cü ildə ardıcıl olaraq 13-cü dəfə QS Dünya Reytinqində dünyanın ən yaxşı universiteti seçilib.

Xəbər lenti