Logo

Azərbaycanda 300-dən çox bağçada tibb bacısı vəzifəsi boşdur

18.06.2024 17:56 433 baxış
IMG

Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil müəssisəsindən (uşaq bağçası) 1 091-də tibb bacısı fəaliyyət göstərir.

Tehsil.biz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, 238 bağça 1 qruplu olduğuna görə orda tibb bacısının fəaliyyəti nəzərdə tutulmayıb.

Məlumata görə, bağçalarda tibb bacısı vəzifəsi üzrə vakant olan bağçaların sayı 339-dur.

Xəbər lenti