Logo

BDU-nun “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

18.06.2024 20:29 295 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, liseyə qəbul olmaq üçün 2 535 nəfər müraciət edib.

İmtahan prosesi mütəşəkkil qaydada keçirilib, şagirdlərin öz bilik və bacarıqlarını göstərə bilmələri üçün bütün şərait yaradılıb.

İmtahanın nəticələrinin bir həftə ərzində açıqlanacağı gözlənilir.

“Gənc istedadlar” liseyi ölkənin ən yaxşı liseyləri sırasındadır. Liseyin şagirdləri hər il beynəlxalq və ölkə əhəmiyyətli müsabiqə və olimpiadalarda önəmli yerlər qazanırlar.

Xəbər lenti