Logo

MDU-da insan alveri ilə mübarizə istiqamətində elmi-praktik seminar keçirilib - FOTO

18.06.2024 21:56 229 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması” mövzusunda elmi-praktik seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə MDU-nun akademik heyət üzvləri və tələbələr iştirak edib.

MDU-nun Elmi katibi Kəmalə Eyyubova açılış nitqi ilə çıxış edərək, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Qeyd edib ki, hər il minlərlə insan, əsasən, qadın və uşaqlar istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. Ona görə də bu istiqamətdə görülən işlərin miqyasını artırmaq, insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işini təşkil etmək, onların insan alveri qurbanlarını gözləyən təhlükələr barədə məlumatlandırmaq, həmçinin buna məruz qalan şəxslərin  dövlət tərəfindən təmin edilən müdafiə tədbirlərinin, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə biliklərin çatdırılması zəruridir. K.Eyyubova MDU-da mütəmadi olaraq bu yönümdə keçirilən tədbirlərin müsbət təsirlərini də qeyd edib və insan həyatının xilas olunmasının önəmini vurğulayaraq vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

Sonra proqrama uyğun olaraq çıxışlar dinlənilib. MDU-nun hüquqşünası Polad Atayev “İnsan alveri, məcburi əmək anlayışları və bu katerqoriya cinayətlərin  törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması”, MDU-nin müəllimi Nərgiz Niftəliyeva “İnsan alverinin qurbanlarına sosial-psixoloji, tibbi-sosial reablitasiya xidmətlərinin göstərilməsi” adlı mövzularda məruzələr söyləyiblər.

Çıxışlar dinləyicilər tərəfindən maraqla qarşılanıb. Tədbir müzakirələrlə davam edib.

Xəbər lenti