Logo

Professor Ələkbər Həsənovun həyat və pedaqoji fəaliyyətinə həsr olunmuş biblioqrafiya təqdim olunub

18.06.2024 23:21 131 baxış
IMG

Azİİ e-Kitab Evində “Azərbaycanın kimyaçı alimləri” seriyası adı altında texnika elmləri doktoru, “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının məsləhətçi-professoru Ələkbər Həsənovun həyatı və pedaqoji fəaliyyətinə həsr olunmuş biblioqrafik göstəricinin təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir, o cümlədən yeni nəşr haqında iştirakçılara məlumat verdikdən sonra ADNSU-nun Eimi İşlər üzrə prorektorunun müavini, professor Qəhrəman Həsənov, KTF-nin dekanı, professor Sevinc Məmmədxanova, NMF-nin dekanı, dosent Əlihikmət Əhmədov, EF-nin məsləhətçi professoru Kamal Abdullayev, Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri, dosent Nərminə Əliyeva, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor Arif Əfəndi və AMEA-nın Seysmologiya Mərkəzinin direktor müavini, dosent Rauf Muradov çıxışlarında Ələkbər Həsənovun həyat və pedaqoji fəaliyyətindən, elmin inkişafına verdiyi töhfələrdənbəhs ediblər və biblioqrafik göstəricini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, biblioqrafik göstərici Azİİ e-Kitab Evi tərəfindən hazırlanıb və ADNSU-nun mətbəəsində çap olunub, 2024-cü ilin nəşridir. Keyfiyyətli və nəfis tərtibatlıdır. Biblioqrafiyada alimin həyat və yaradıcılığının əsas tarixləri, çap olunmuş əsərləri, məqalələri, tezis və çıxışları yer alıb. Yeni nəşr neft-kimya və ekologiya sahəsində çalışan alimlər, mütəxəsislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti