Logo

"Sertifikasiyada uğur qazanan 55 min müəllimin əməkhaqqına əlavələr proqnozlaşdırılır"

25.06.2024 19:10 213 baxış
IMG

"Bu günədək ümumilikdə sertifikasiya imtahanlarında uğur qazanan 55 min müəllimin əməkhaqqına əlavələr proqnozlaşdırılır".

Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il təkrar sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərim avqust ayında müsahibə mərhələsi təşkil edəcək.

"Builki imtahanlarda hər hansı texniki səhvlər qeydə alınmayıb", - N.İsmayılbəyli qeyd edib.

Şöbə müdiri bildirib ki, sertifikasiyanın ümumi nəticələrinə görə, Lənkəran-Astara, Qarabağ və Mərkəzi Aran regional təhsil idarələrində müəllimlər zəif nəticə göstərib.

Xəbər lenti