Logo

“Gənc istedadlar” liseyində şagirdlərin dərsə davamiyyəti 90%-dir

16.04.2021 22:52 567 baxış
IMG

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən  “Gənc istedadlar” liseyində dərslər onlayn formada Microsoft Teams platforması üzərindən uğurla davam etdirilir.

 

Dərslər ənənəvi dərs cədvəlinə uyğun olaraq təşkil edilir. Liseyinin müəllimləri müxtəlif beynəlxalq tədris proqramlarından, yeni təlim texnologiyalarından istifadə etməklə dərs prosesini təşkil edirlər. 


Liseydə 5-9 siniflər üzrə şagirdlərin onlayn dərslərə davamiyyəti 90-100%, 10-11 sinif üzrə isə 70-75% təşkil edir. Dərslərin təşkilinə birbaşa direktor və direktor müavinləri, sinif rəhbərləri nəzarət edir.

Xəbər lenti