Logo

İsraildə 1700 illik gizli sikkələr tapılıb - FOTO

19.06.2024 12:37 385 baxış
IMG

İsrail arxeoloqları Roma-Bizans dövrünə aid son dövrlərdə aşkarlanmış ictimai binanın qalıqları altında 1700 illik gümüş və tunc sikkələr tapıblar.

Tehsil.biz xəbər verir ki, bu barədə "Live Science"də məqalə dərc olunub.

Məlum olub ki, bu sikkələrin əksəriyyəti Qall müharibələri (351-354-cü illər) zamanı zərb edilib.

Bildirilir ki, üsyan zamanı bina zorakılıqla dağıdılsa da, onun salamat qalan özülü 221-ci ildən 354-cü ilə qədər olan dövrə aid 94 qiymətli sikkəni qoruyub saxlayıb.

Tədqiqatçılar həmçinin yunan, ivrit və latın dilində yazıları olan daş və mərmər artefaktlar aşkarlayıblar. Lakin binanın dəqiq təyinatı hələ də müəmma olaraq qalır.

Qeyd edək ki, İsrail ərazisində aparılan qazıntılar zamanı Roma və Bizans dövrünə aid çoxsaylı maddi-mədəniyyət nümunələr tapılır. Bu tapıntılar qədim dövrlərdə İsrailin ticarət və mədəniyyət mərkəzi olduğunu sübut edir.

Xəbər lenti