Logo

"Telegram"da tanışlıq xidməti işə düşdü

19.06.2024 15:27 186 baxış
IMG

Bu gündən "Telegram"da inqilabi tanışlıq xidməti işə düşür.

Tehsil.biz xəbər verir ki, bu barədə şirkətin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, "Telegram" istifadəçiləri artıq "The Open Network" blokçeyni əsasında işləyən "TON Dating" tanışlıq xidmətindən istifadə edə bilərlər.

Qeydiyyat onlayn bankçılıqda olduğu kimi, çoxpilləli identifikasiyanı əhatə edir. Bu, anonim istifadəçilərin və botların qarşısını alır.

Qadınlar üçün xidmətə giriş pulsuzdur, kişilər isə "Telegram"ın daxili valyutası olan "Telegram Stars" ilə aylıq 2500 vahid, yəni təxminən 5700 rubl (109 manat) ödəməlidirlər.

İstifadəçilər dəvətlər, bəyənmələr və s. üçün "toncoin" qazanaraq, tətbiqdəki fəaliyyətlərini monetizasiya edə, daha sonra valyutanı öz kripto pulqabılarına köçürə bilərlər.

Xidmətin yaradıcıları "TON Dating"ə 100 000 dollar (170 min manat) investisiya qoyduqlarını və 2027-ci ilin sonuna qədər aylıq bir milyondan çox aktiv istifadəçiyə çatmağı planlaşdırdıqlarını deyiblər.

Xəbər lenti